Rüstəm İbrahimbəyovun dəfn olunacağı yer açıqlandı

Rüstəm İbrahimbəyovun dəfn olunacağı yer açıqlandı
1635 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi martın 16-da, saat 12:00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Axşam.az xəbər verir ki, bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Mərhum I Fəxri Xiyabanda dəfn olunacaq. R.İbrahimbəyov qardaşı mərhum Maqsud İbrahimbəyovun yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib.