Məşhur aktyor Tom Hiddlstonla sevgilisi, həmkarı Zavi Eşton nişanlanıb.
Axşam.az xəbər verir ki, iddiaların yaranmasına səbəb aktrisa "AJ" Ododunun instaqram hesabında "BAFTA" festivalından paylaşdığı foto olub. Şəkildə Zavinin barmağındakı tək daş üzük diqqət çəkib.
Qeyd edək ki, tədbirdə qırmızı xalça üzərində obyektivlərə poz verən aktrisa əlini gizlədib. Xarici mətbuatda Zavinin körpə gözlədiyi üçün həcmli paltar seçdiyi ilə bağlı iddialar da yer alıb.
Cütlük 2019-cu ildə "Xəyanət" filminin çəkilişlərində tanış olub.
