"Sehrbaz" təqdim ediləcək

"Sehrbaz" təqdim ediləcək
383 dəfə oxunub
  • A-
  • A
  • A+

Aprelin 1-də Bakı Bələdiyyə Teatrında “Sehrbaz” tamaşasının premyerası keçiriləcək.

Axşam.az xəbər verir ki, yazıçı, Əməkdar incəsənət xadimi Firuz Mustafanın psixoloji-dram janrında yazdığı “Sehrbaz” tamaşasında insanoğlunun həqiqətə tapınması, öz-özünə hesabat verməsi, yalanın çarmıxa çəkilərək həqiqət önündə diz çökməsi və bütün bunlardan sonra insanlığın əbədi yaşam qazanması diqqətə çəkilib. 

Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsərində İsmayıl Atakişiyev, Tural Əhməd, Zülfiyyə Qurbanova, Aynur Abbasova iştirak edirlər.