Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi

Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi
299 dəfə oxunub
  • A-
  • A
  • A+

Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib.

Axşam.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov tviterdə yazıb.

“Tarixi bir gün: Mədəniyyət incimiz olan Şuşa şəhəri Türk dünyasının 2023-cü il üçün mədəniyyət paytaxtı elan edildi. Gələn il ərzində Şuşanın türk mədəniyyətinin mərkəzi olmasını təntənə ilə qeyd edəcəyik. Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm”, - nazir bildirib.