Taner Ölmez onun həyatını canlandırmaqdan imtina edib

Taner Ölmez onun həyatını canlandırmaqdan imtina edib
1202 dəfə oxunub
  • A-
  • A
  • A+

"Yaratılan" adlı serialda baş rollardan birini canlandırmağa hazırlaşan türkiyəli aktyor Taner Ölmez "Hürriyyət"ə müsahibəsində karyerasından söz açıb.

Axşam.az xəbər verir ki, aktyor "Hazırda sənədli filmləri gündəmdədir. Musiqi ilə də məşğulsunuz. Kimi canlandırmaq istərdiniz?" sualına belə  cavab.

"Müslüm Gürsesi. Zatən onun həyatından bəhs edən filmdə artıq rol almışam. Türk xalq musiqisi müğənnisi Nəşət Ərtaşın həyatını canlandırmaq istəyərdim. Bu rol mənə təklif olundu, amma ifa edə bilməyəcəyimi dedim. Onu canlandıra biləcək qədər peşəkar deyiləm. Əlbəttə ki, aktyorluq önəmlidir, amma bu rolun kəskin özəlliyi var. Onun özünəməxsus ifa tərzi var. Onu fərqləndirən cəhəti sazda çala bilməsi idi. Məncə, onu canlandıracaq şəxsin yaxşı aktyorluq qabiliyyətindən çox sazda çala bilmə bacarığının olmasıdır".