Kremldə Müslüm Maqomayevin 80 illiyi qeyd ediləcək

Kremldə Müslüm Maqomayevin 80 illiyi qeyd ediləcək
312 dəfə oxunub
  • A-
  • A
  • A+

Aprelin 23-də Dövlət Kreml Sarayında azərbaycanlı müğənni-bəstəkar, Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80 illiyinə həsr olunmuş “Sənsiz mahnı yoxdur” adlı qala-konserti keçiriləcək.

Axşam.az "AzərTac"a istinadən xəbər verir ki, “Rusiya Filarmoniyası” Moskva Şəhər Simfonik Orkestrinin müşayiətilə konsertdə “XXI əsrin Tenor A” art layihəsinin solistləri və bas-bariton Nikolay Ryabuxa çıxış edəcəklər. Orkestrin dirijoru Sergey Tararindir.

Tamaşaçılar Müslüm Maqomayevin repertuardan “Gözəllik kraliçası”, “Yer üzünün ən yaxşı şəhəri”, “Şeytan çarxı”, “Mənə deyin, qızlar”, “Melodiya”, “Sənə minnətdaram”, “Mavi əbədiyyət” mahnılarını və digər bəstələri dinləyəcəklər.