Rostropoviçin 95 illiyinə həsr olunan tədbir keçirilib - Fotolar 

Rostropoviçin 95 illiyinə həsr olunan tədbir keçirilib - Fotolar 
571 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzinin və Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyinin birgə təşkilatçılığı ilə Ümumdünya İncəsənət Günü münasibətilə tədbir keçirilib.

Axşam.az xəbər verir ki, tədbir dünyaşöhrətli violonçel ustasının ev-muzeyində keçirilib və onun 95 illiyinə həsr edilib. Bu münasibətlə qocaman sənətkarın obrazı qonaqları qarşılayaraq, onlara bu bayram günündə gözəl musiqili anlar yaşadıb.

Tədbirdə Baş İdarənin rəisi İbrahim Əliyev, mədəniyyət müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri, respublika və beynəlxalq müsabiqə laureatları konsert proqramı ilə çıxış ediblər.