Anar Kərimovdan yeni təyinat - Foto

Anar Kərimovdan yeni təyinat - Foto
1517 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist, xoreoqraf Emin Əliyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrına yeni baş baletmeyster təyin olunub.

Axşam.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Emin Eldar oğlu Əliyev Bakı Xoreoqrafiya Akademiyasının məzunudur.

O, 1996-cı ildən 2015-ci ilə qədər Azərbaycan Dövlət Rəqs Ansamblının solisti olub. 2004-2006-cı illərdə Türkiyənin “Anadolu Atəşi” və 2017-ci ildə “Royal” rəqs ansambllarına dəvət alıb, bir müddət orada fəaliyyət göstərib, müxtəlif rəqs və balet tamaşalarına quruluş verib.

Emil Əliyev 2008-ci ildə “Əməkdar artist” adına layiq görülüb.

2019-cu ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrıda balet artisti kimi fəaliyyətə başlayıb, 2020-ci ildən isə quruluşçu baletmeyster vəzifəsini icra edib.