Nazirlikdən “Fəryad-2”nin təqdim olunmamasıyla bağlı - Açıqlama

Nazirlikdən “Fəryad-2”nin təqdim olunmamasıyla bağlı - Açıqlama
1115 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət Nazirliyi “Həyat, deyəsən, gözəldir” (“Fəryad-2”) tammetrajlı bədii filminin kütləvi nümayişə çıxarılmamasının səbəbini açıqlayıb.

Axşam.az-ın APA-ya istinadən məlumatına görə, nazirlikdən bildirilib ki, Xalq artisti Vaqif Mustafayevin dövlət sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkdiyi “Həyat, deyəsən, gözəldir” (“Fəryad-2”) tammetrajlı bədii filminin hələ ki kütləvi nümayişə çıxarılmamasının səbəbi onun beynəlxalq kino festivallarına təqdim olunması ilə əlaqədardır.

Qeyd olunub ki, film yalnız festival həyatı başa çatdıqdan sonra tamaşaçılara təqdim olunacaq.