Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunacaq

Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunacaq
137 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan 8-ci dəfə incəsənət sahəsində dünyanın məşhur platformalarından birində-Venesiya Biennalesində təmsil olunacaq.

Axşam.az xəbər verir ki, iki ildən bir keçiriləcən Venesiya Biennalesində ölkəmiz 2007-ci ildən iştirak edir.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesindəki Azərbaycan pavilyonu “Sevmək üçün doğulanlar” (“Born to love”) mövzusunda tərtib olunub.

Venesiyanın mərkəzi Müqəddəs Mark Meydanındakı qədim “Procuratie Vecchie” binasında aprelin 21-də açılacaq milli pavilyonda Azərbaycandan olan 7 rəssam - Juk (Nərmin İsrafilova), İnfinity, Ramina Səadatxan, Fidan Kim (Novruzova), Fidan Axundova, Sabiha Xankişiyeva, Ağdes Bağırzadənin əsərləri təqdim olunacaq.

Milli pavilyonda müasir incəsənət üzrə 7 rəssam müasir texnika və üsullarla mövzu üzrə ideyalarını, eyni zamanda ölkəmizin zəngin mədəni və tarixi xüsusiyyətlərini izləyicilərə çatdıracaq.  

Qeyd edək ki, Biennale noyabrın 27-dək davam edəcək.