Rusiyada Rövşən Əsgərov barəsində cinayət işi açıldı

Rusiyada Rövşən Əsgərov barəsində cinayət işi açıldı
1431 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada azərbaycanlı jurnalist və "Что? Где? Когда?" televiziya şousunun iştirakçısı Rövşən Əsgərov barəsində cinayət işi açılıb.

Axşam.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Bildirilib ki, Rövşən feysbuk hesabındakı paylaşımlarda nasizmi reabilitasiya etməkdə ittiham olunur.

Rusiya Federasiyası İstintaq Komitəsi müəyən edib ki, o, SSRİ marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan yalan məlumatlar paylaşıb.

İstintaq Komitəsindən bildirilib ki, bu cür əməllərə görə qanunla müəyyən edilmiş cinayət məsuliyyəti nəzərdə tutulur.