Fridmanın ailəsinə məxsus bu villaya da həbs qoyuldu

Fridmanın ailəsinə məxsus bu villaya da həbs qoyuldu
460 dəfə oxunub
  • A-
  • A
  • A+

Fransa Ukraynadakı hərbi əməliyyat fonunda rusiyalı milyarder Mixail Fridmanın ailəsinə məxsus olduğu ehtimal edilən villaya həbs qoyub.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın Baş Xəzinədarlığı tərəfindən qərar qəbul edilib.

Medianın məlumatına görə, mülk Fransanın "SNC COPAB" şirkətinə məxsusdur, onun benefisiarları isə Fridmanın qızları Larisa və Yekaterinadır.

Xatırladaq ki, ötən həftə məlum olub ki, Fransada Oleq Deripaska və Kirill Şamalova məxsus villalara da həbs qoyulub.

Qeyd edək ki, Fridman bu yaxınlarda "Bloomberg"ə müsahibəsində bloklanmış hesablarına acınacaqlı vəziyyətdə olduğunu açıqlamışdı.