Türkiyəli şoumen Mehmet Əli Ərbil mükafatlandırma gecəsində çıxışı ilə gündəmə gəlib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, gecənin aparıcılığını edən aktrisa Melika Öcala dediyi sözlərlə hər kəsi təəccübləndirib:
"Gözəlləşmisən, əlimi vurduqlarım məşhur olurdu. Sənə əlimi vura bilmədim".
Melika isə ona belə qarşılıq verib:
"Şokdayam, 20 ildir heç belə şey eşitməmişdim".