Rihanna ana oldu

Rihanna ana oldu
2385 dəfə oxunub
  • A-
  • A
  • A+

Barbadoslu 34 yaşlı müğənni Rihanna ana olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin mayın 13-də repçi nişanlısı Eysap Rokidən (Rakim Mayers) oğlu dünyaya gəlib.

Cütlük hələlik bu barədə açıqlama verməyib.

Qeyd edək ki, alış-veriş zamanı çəkilən fotolardan ifaçının qızının olacağı iddia olunmuşdu. Müğənni hamiləlik dövründə övladının cinsiyyətini açıqlamağa hazır olmadığını və gender şənliyi təşkil etmək istəmədiyini bildirmişdi.