Bəhram Bağırzadənin bu videosu tənqid edildi

Bəhram Bağırzadənin bu videosu tənqid edildi
3173 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə yayımladığı videosuna görə tənqid edilib.

Axşam.az xəbər verir ki, videoda aktyorun küçədə yaşayan fiziki məhdudiyyətli bir şəxslə söhbəti yer alıb. O, həmin kişinin etirazına məhəl qoymadan onu videoya çəkib.

"Nə olar etmə, sənə qurban olum" sözlərinə əhəmiyyət verməyən Bağırzadə "Camaata məsləhətin nədir? Özlərini necə aparsınlar? Xeyirxah iş görsünlər, nə etsinlər" sualını ünvanlayıb.

O, təkidlə Bağırzadənin suallarını cavablandırıb. Bəhramın bu hərəkəti isə tənqid edilib. O, qısa zaman sonra videonu sosial şəbəkə hesabından silib.