"Google"un Rusiyadakı filialı iflas etdi

"Google"un Rusiyadakı filialı iflas etdi
312 dəfə oxunub
  • A-
  • A
  • A+

"Google"un Rusiyadakı filialı olan şirkət iflas etdiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, ötən ilin dekabrında "Google MMC" qadağan olunmuş materialları silmədiyinə görə Moskva məhkəməsi tərəfindən 7,22 milyard rubl məbləğində cərimə edilib. Ukraynada xüsusi əməliyyat başlayandan sonra "Google" Rusiyadan olan müəlliflər üçün yutubda monetizasiyanı söndürüb, həmçinin reklamların nümayişini qadağan edib.

"Google"un Rusiya filialı 2005-ci ildə Moskvada qeydiyyatdan keçib və son illərdə gəlir artımı göstərib, 2021-ci il üçün şirkət rekord 134 milyard rubl dəyərində məlumat verib, lakin eyni zamanda zərər 26 milyard rubl təşkil edib.