Bu ölkə “Avroviziya”dan imtina edə bilər

Bu ölkə “Avroviziya”dan imtina edə bilər
1867 dəfə oxunub
  • A-
  • A
  • A+

“Avroviziya” beynəlxalq mahnı müsabiqəsində 12 xalla bağlı qalmaqalda adı hallanan ölkələrdən biri - Rumıniya gələcəkdə bu yarışda iştirakdan imtina edə bilər.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin TVR telekanalının direktoru Dan Turturika feysbuk hesabında yazıb. O, müsabiqədə iştirak etməməklə yanaşı, Avropa Yayım Birliyini məhkəməyə vermək istədiklərini bildirib:

“AYB-nin Rumıniya, Polşa, San-Marino, Monteneqro, Gürcüstan və Azərbaycanın ictimai televiziyalarına qarşı hörmətsizliyi sarsıdıcıdır. Şəxsən TVR-nin rəhbərliyindən tələb edəcəyəm ki, artıq "Avroviziya"da iştirak etməyək və AYB-ni məhkəməyə verərək imicimizə dəyən ziyana görə təzminat tələb edək”.

Xatırladaq ki, Turində baş tutan gecədə təşkilatçılar adı çəkilən 6 ölkənin milli münsiflər heyətinin səsverməsinin nəticələrini ləğv ediblər. Məsələ ilə bağlı Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti "İTV" də bəyanat yayıb

Bundan başqa, Rumıniya ən yüksək xalı Ukraynaya deyil, Moldovaya verdiyini açıqlamışdı.

Qeyd edək ki, 66-cı dəfə baş tutan müsabiqdə qalib 631 xalla Ukraynanın "Kaluş" qrupu olub.