Rumıniya 12 xalı Ukraynaya yox, bu ölkəyə veribmiş

Rumıniya 12 xalı Ukraynaya yox, bu ölkəyə veribmiş
2319 dəfə oxunub
  • A-
  • A
  • A+

“Avroviziya” beynəlxalq mahnı müsabiqəsində 12 xalla bağlı yaşanan qalmaqal böyüyür. 

Axşam.az xəbər verir ki, bu dəfə Rumıniya müsabiqəyə öz etirazını bildirib. Ölkənin ictimai yayımçısı TVRin məsələ ilə bağlı yaydığı açıqlamasında bildirilib ki, Rumıniya münsiflər heyəti Moldovanı təmsil edən mahnıya maksimum xal (12) verib. Lakin müsabiqə təşkilatçıları xalın Ukraynaya verildiyini açıqlayıb:

"Rumıniya yayımçısı mill münsiflər heyətinin səslərinin nəzərə alınmamasına və təşkilatçıların ölkə adından finalçılara fərqli xallar təyin etməsinə təəccüblənib. Biz tərəfdən maksimum xal Moldova təmsilçilərinə verdiyi halda, canlı yayımda Ukraynanın bu xalı aldığı səsləndirilib".

Qeyd edək ki, səsvermə ilə bağlı daha əvvəl AzərbaycanGürcüstan bəyanat yayıb.