Azərbaycanla yanaşı bu ölkə də səsvermədən narazıdır

Azərbaycanla yanaşı bu ölkə də səsvermədən narazıdır
1519 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanın verdiyi 12 xalla bağlı problem yaranıb.

Axşam.az-ın məlumatına görə, eyni halla qarşılaşan digər bir ölkə isə Gürcüstan olub. Belə ki, finalda canlı bağlantı qurmağın mümkün olmadığı deyilən ölkələrin səslərini açıqlayan nümayəndə Gürcütanın 12 xalı Böyük Britaniyaya, 6 xalı isə verdiyini bildirib.

Məsələ ilə bağlı Gürcüstanın İctimai Yayımçısı bəyanat yayıb:

“Gürcüstandan olan münsiflər heyəti ən yüksək xalı - 12-ni Ukraynaya verib. Bunu “Avroviziya” mahnı müsabiqəsinin təşkilatçılarına göndərilən notariat qaydada təsdiq edilmiş sənəd sübut edir. İctimai Yayım bütün şərtlərə əməl edib, rəsmi sənəd göndərib və heç bir nöqsan olmadığına dair Avropa Yayım Birliyinin razılığını alıb. Hazırda Avropa Yayım Birliyində (EBU) araşdırma aparılır. Nəticələrin yaxın zamanlada elan ediləcəyini gözləyirik”.

Həmçinin bəyanatda vurğulanıb ki, eyni halla təkcə Gürcüstan deyil, digər ölkələr də üzləşib.

Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti "İTV" də bəyanat yayıb. Bildirilib ki, ölkəmizdən 12 xal Ukraynaya verilməli imiş. Lakin, yarışma təşkilatçıları final şousunun sonunda heç bir səbəb gətirmədən israrla başqa nəticələrin açıqlanmasını istəyiblər. Bu istək biz tərəfdən rədd edilsə də yarış təşkilatçıları Bakıya bağlanmayıb, adımızdan öz nəticələrini elan ediblər. Həmçinin Bakıdan səslərin canlı yayımda elan olunması üçün heç bir texniki problem olmayıb.