Bülənt Ərsoyun qəbiristanlıqda çəkilən görüntüləri gündəm oldu - Video

Bülənt Ərsoyun qəbiristanlıqda çəkilən görüntüləri gündəm oldu - Video
3974 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Bülənt Ərsoyun qəbiristanlıqda lentə alınan görüntüsü sosial mediada gündəm olub.

Axşam.az xəbər verir ki, görüntülərdə məzar başında dayanan şəxslə söhbət edən ifaçı qazılan məzarın dar olub-olmadığını soruşub. Bunun standart olduğu cavabını alan Bülənt "Mən nə olacağam, standarta uyğun gəlmərəm axı” sualı ilə söhbəti davam edib.

Sözügedən şəxs ona cavabında "Səninkini daha böyük edəcəyik" deyib.

İkili arasındakı dialoq sosial şəbəkədə maraqla qarşılanıb. Videonun ifaçının atası Fikrət Erkoçun dəfnində çəkildiyi bildirilib.