Ezgi Mola buna görə cərimələndi

Ezgi Mola buna görə cərimələndi
886 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Ezgi Mola cərimələnib.

Axşam.az xəbər verir ki, buna səbəb onun ötən il Musa Orhan adlı şəxsi təhqir etməsi olub. Orhanın İpek Erin adlı qıza təcavüz etdiyi iddia olunub. Buna görə də qız intihar edib. 

Ezgi günahı təsdiqlənməmiş Musaya səsli və yazılı təhqirlər ünvanlayıb. Bundan sonra Musa aktrisadan şikayətçi olub. Məhkəmə Ezginin 6 min 960 lirə cərilənməsi barəsində qərar qəbul edib.

Qərar istər aktrisa, istərsə də sosial media izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. İzləyicilər məhkəmənin qərarda haqlı olmadığını bildiriblər. Məsələ ilə bağlı açıqlama verən Ezgi "Təəccüblənmədim. Ümid edirəm ki, təəccüblənəcəyimiz günləri görəcəyik" deyə, bildirib.

Qeyd edək ki, aktrisa hazırda "Masumlar apartmanı" serialında Safiye rolunu canlandırır.