Türkiyəli aktyor Kaan Yıldırımla aktrisa sevgilisi Hande Erçel istirahət üçün Marmaris bölgəsinə yollanıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüntülənmək istəməyən cütlük 3 günlük tətil üçün 270 min lirə ödəyərək villada qalıb. Aktyor sosial şəbəkədə gizli çəkilmiş şəkillərini gördükdə qəzəblənərək otel sahibləri ilə mübahisə yaşayıb:
"Biz gözlərdən uzaq olmaq üçün buraya geldik, amma hər yerdə görüntülərimiz var".
Yıldırım fotonu çəkən şəxsin tapılmasını tələb edib.
