Meqanın qalmaqal yaşadığı atası xəstəxanalıq oldu - Foto

Meqanın qalmaqal yaşadığı atası xəstəxanalıq oldu - Foto
497 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Meqan Marklın atası Tomas Markl xəstəxanalıq olub.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, o, ötən gecə insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həmin vaxt Tomas Meksikada olsa da təcili yardımla Kaliforniyadakı klinikalardan birinə aparılıb. Hazırda vəziyyəti stabildir, hələlik danışa bilmədiyi deyilib.

Tomasın həqiqətən xəstə olub-olmaması, yoxsa xəbəri diqqət çəkmək üçün yayması dəqiq deyil.

Qeyd edək ki, Meqan ailəsi ilə problemlər yaşayır. Atası bu yaxınlarda onu və həyat yoldaşını məhkəmyə verməklə hədələyib. Tomasın sözlərinə görə, cütlük balaca qızlarını ona göstərmir.