ABŞ-ın “Nike” şirkəti Rusiyada fəaliyyətini dayandıraraq mağazalarını bağlayır.
Axşam.az xəbər verir ki, brend mağazalar şəbəkəsinin sahibi olan Inventive Retail Group (IRG) ilə françayzinq müqaviləsini yeniləməyib.
Bildirilib ki, buna səbəb Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatla əlaqədar yaxın vaxtlarda bu ölkəyə mal tədarükünün təşkilinin mümkünsüzlüyü olub.
Qeyd edək ki, "Nike" və bir çox məşhur brend müharibə fonunda Rusiyadakı mağazalarını bağlayaraq onlayn satışı ləğv etmişdi.