Rusiya hökuməti “Qolos” layihəsi ilə tanınan özbəkistanlı müğənni Nərgiz Zakirovanın ölkəyə girişinə qadağa qoyub.
Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə onun vəkili məlumat verib. O bildirib ki, 50 il müddətinə tətbiq olunan qadağaya səbəb sənətçinin Rusiya-Ukrayna müharibəsində tutduğu mövqe olub:
"Nərgiz buna hazır idi. O, belə bir qərarın veriləcəyini gözləyirdi".
Qeyd edək ki, Rusiya hökuməti ötən ay Ukraynadan olan 31 məşhurun ölkəyə girişinə 50 il müddətinə qadağa qoyub.