Rusiyalı məşhur aktyor Vyaçeslav Belyayev vəfat edib.
Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, sənətçi 56 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi isə hələlik açıqlanmayıb.
Qeyd edək ki, Vyaçeslav Belyayev karyerası ərzində 37 kinolayihədə çəkilib. O, "İstintaqın sirləri", "Mentov müharibələri", "Fənərləri sınmış küçələr" kimi məşhur seriallarda rol alıb.