Film çəkilişinə gedən Hollivud ulduzu vəfat etdi

Film çəkilişinə gedən Hollivud ulduzu vəfat etdi
1995 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Rey Liotta vəfat edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Dominikan Respublikasında "Təhlükəli sular" filminin çəkilişində olan aktyor 67 yaşında dünyasını dəyişib. Son məlumata görə, Rey yuxuda olarkən keçinib. 

Qeyd edək ki, Hollivud ulduzu "Con Kyu", "Hannibal", "Korrina, Korrina" və "İdentifikasiya" kimi məşhur filmlərdə rol alıb. O, "Təcili yardım" serialındakı obrazına görə "Emmi" mükafatını qazanıb.