Şakira 14,5 milyonluq borcuna görə məhkəməlik oldu

Şakira 14,5 milyonluq borcuna görə məhkəməlik oldu
371 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli müğənni Şakira vergi borcundan yayınmaqda ittiham olunur.

Axşam.az xəbər verir ki, İspaniyanın Barselona məhkəməsi ifaçını 14,5 milyon avro məbləğində vergi borcunu ödəmədiyi qənaətinə gəlib.

Ümumilikdə, Şakira 2012-2014-cü illər arasında vergidən yayınma ilə bağlı 6 işdə ittiham edilir. Lakin həmin vaxt onun İspaniyada ildə 183 gündən çox vaxt keçirməsi ilə bağlı birbaşa sübut tapılmayıb.

Lakin məhkəmə prosesi başlamaq üçün “kifayət qədər əsasın” olduğu qənaətinə gəlib.