75-ci Kann Film Festivalı çərçivəsində "amfAR" (Amerika QİÇS Araşdırmaları) Fondunun ənənəvi xeyriyyə qala gecəsi keçirilib.
Axşam.az xəbər verir ki, Antibdəki məşhur hotellərdən birində təşkil olunan hərracın qala-ziyafətinə Milla Yovoviç, Mey Mask, Kara Delevin, Nina Dobrev, Kristina Agilera kimi bir çox məşhur qatılıb.
Qeyd edək ki, sözügedən fond hər il kino və moda dünyasının ən nüfuzlu nümayəndələrini bu festivalda toplayaraq xeyriyyə auksionu keçirir. Gecədən toplanan gəlirlər fondun tədqiqatlarına, o cümlədən QİÇS-ə qarşı peyvəndin yaradılması üzrə işlərə sərf olunur.