Amerikalı məşhur aktrisa vəfat etdi

Amerikalı məşhur aktrisa vəfat etdi
735 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı məşhur aktrisa-müğənni Salli Kellerman vəfat edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun oğlu məlumat yayıb.

Uzun müddətdir demensiyadan (əqli qabiliyyətin pisləşməsi) əziyyət çəkən aktrisa 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, S.Kellerman "Yenidən məktəbə", "Oyunçu", "Yüksək dəb", "Ulduz yolu", "Kolombo", "Rey Bredberi Teatrı", "Beverly Hills 90210: Yeni nəsil" kimi məşhur film və seriallarda rol alıb.