Kevinlə bağlı qalmaqalların sayı artır - Daha 3 iddia

Kevinlə bağlı qalmaqalların sayı artır - Daha 3 iddia
476 dəfə oxunub
  • A-
  • A
  • A+

Adı təcavüz qalmaqallarında hallanan aktyor Kevin Speys haqqında yeni iddialar üzə çıxıb.

Axşam.az xəbər verir ki, Böyük Britaniya prokurorları aktyoru daha üç kişiyə qarşı cinsi zorakılıq etməkdə ittiham edir. Bildirilib ki, sözügedən hadislər 2005, 2008 və 2013-cü illərdə Londonda baş verib. O zaman Kevin "Old Vic Teatrı"nın bədii rəhbəri olub.

Qeyd edək ki, Speys bundan əvvəl 20-dən çox insana qarşı təcavüz və cinsi zorakılıqda günahlandırılıb. O, sözügedən ittihamlara görə "Kartlar evi" layihəsindən qovulub.

Onlardan biri aktyor Entoni Repp idi. O, 14 yaşı olarkən Speysin təcavüzünə məruz qalıb. Bir digər məşhur ad isə Qay Pirsdir.

İddihamların ardından ekran işi milyonlarla dollar itki verib. Speys əsas rollardan birini canlandırdığı üçün serialın süjeti yenidən yazılmalı olub və epizodların sayı azaldılıb.

Aktyor studiyaya təzminat ödənilməsi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verməyə çalışsa da, bu, rədd edilib. Hətta aktyor ona qarşı bütün ittihamları təkzib edərək gey olduğunu açıqlayıb. Buna baxmayaraq hadisədən sonra Speysin karyerası bir anda məhv olub. Yalnız bir neçə ildən sonra o, "Allahı çəkən adam" filmi ilə ekranlara qayıdıb.