Məşhur reperin qızı vəfat etdi

Məşhur reperin qızı vəfat etdi
920 dəfə oxunub
  • A-
  • A
  • A+

Əsl adı Persi Miller olan amerikalı reper Master P-nin qızı Tityana 29 yaşında dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, bu barədə reper sosial media hesabında məlumat yayıb.

O, qızının ölüm səbəbini açıqlamasa da, paylaşımda "Psixi xəstəlik və narkotik maddələrdən sui-istifadə, danışmaqdan çəkinmədiyimiz əsl problemdir. Allahın izni ilə biz bunun öhdəsindən gələcəyik" sözlərini yazıb.

Qeyd edək ki, Tityana bir neçə ekran işində rol alıb.