Xəbər verdiyimiz kimi, "Avroviziya 2022"nin qalibi Ukraynanın "Kaluş" qrupu büllur mikrofonu 900 min dollara satıb.
Axşam.az xəbər verir ki, mükafatın hərracda satışından əldə olunan gəlir Ukrayna ordusu üçün dronların alınmasına sərf olunacaq. Məlum olub ki, mükafatı Ukrayna kriptovalyuta birjası "WhiteBIT" alıb.
"Eurobachennia"nın Ukraynadakı rəsmi səhifəsi müsabiqənin təşkilatçılarına istinadən xəbər verir ki, büllur mikrofonun satışından sonra "Kaluş" təşkilatçılardan müsabiqə mükafatı olmayan ukraynalı musiqiçilər üçün xüsusi olaraq hazırlanacaq yeni kubok alacaq. yarışmanın təşkilatçıları onları mükafatsız qoymayacaqlarını açıqlayıblar.
Qeyd edək ki, mayın 10-dan 14-nə kimi İtaliyanın Turin şəhərində keçirilən yarışmada "Kaluş" "Stefania" mahnısı ilə birinci olub.
