Billi Ayliş özündən 10 yaş böyük sevgilisindən ayrıldı

Billi Ayliş özündən 10 yaş böyük sevgilisindən ayrıldı
327 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı 20 yaşlı məşhur müğənni Billi Ayliş sevgilisi Metyu Tayler Uortdan ayrılıb.

Axşam.az xəbər verir ki, bu barədə o, instaqram hesabında məlumat yayıb. Metyu izləyicilərin onu Aylişi aldatmaqda günahlandırdığını bildirib və haqqında yayılan iddiaları təkzib edib:

"Heç kim heç kimi aldatmayıb. Münasibətlər bitir. Sadəcə belə olur".

Aylış özü isə bu haqda hələlik açıqlama verməyib.

Qeyd edək ki, cütlük ötən ildən münasibətdə idi və Metyu Aylişdən 10 yaş böyükdür.