"Qul İzaura" (1976-1977) serialının rejissoru Milton Qonçalves vəfat edib.
Axşam.az xəbər verir ki, rejissor 88 yaşında 2020-ci ildə keçirdiyi işemik insultun səbəb olduğu problemlər səbəbindən evində dünyasını dəyişib.
Qeyd edək ki, bir çox film və serialın rejissoru kimi tanınan Milton həm də aktyor kimi fəaliyyət göztərib. O, "Señorita" (1986) serialındakı roluna görə "Emmi" mükafatına namizəd olub.