Məşhur rusiyalı jurnalist, televiziya aparıcısı Aleksandr Nevzorov həyat yoldaşı Lidiya Nevzorova ilə birgə Ukrayna vətəndaşlığı almaq üçün müraciət edib.
Axşam.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, Ukraynanın “Vətəndaşlıq məsələləri ilə bağlı ərizələrin verilməsi və təqdimatlara baxılması qaydası haqqında” qanunun 107-ci maddəsinə əsasən, onların İnterpol və digər beynəlxalq təşkilatlar vasitəsilə axtarışda olub-olmadığı araşdırılacaq.
Qeyd edək ki, bir müddət əvvəl Nevzorov Rusiyanın Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib. Onun barəsində Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatların yayılması maddəsi ilə cinayət işi açılıb.
***
A.Nevzorov və həyat yoldaşı Ukrayna vətəndaşlığı alıb.
Axşam.az xəbər verir ki, bu barədə ölkənin Daxili işlər nazirinin müşaviri Anton Geraşenko teleqram kanalında məlumat yayıb.
Bildirilib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanı ilə onlara ölkə qarşısında müstəsna xidmətlərinə görə vətəndaşlıq verilib.
Həmçinin cütlüyə cəsarətinə, dürüstlüyünə görə təşəkkür edilib.