Türkiyəli aktrisa Öykü Gürman sevgilisi Fatih İçmeli ilə nişanlanıb.
Axşam.az xəbər verir ki, mərasimdən olan görüntülər cütlüyün yaxınları tərəfindən sosial mediada paylaşılıb. İkilinin özəl günündə ailə üzvləri və yaxınları iştirak edib.
Qeyd edək ki, bir sıra ekran işində yer alan və musiqi ilə məşğul olan Öykü "Sen anlat Karadeniz" serialında canlandırdığı obrazı ilə məşhurlaşıb.