Türkiyəli aktrisa Nazlı Senem Ünal ilə həmkarı Demircan Kaçel eşq yaşamağa başlayıb.
Axşam.az xəbər verir ki, "Üç kız kardeş" serialında rol alan aktyorların dostluğu sevgiyə çevrilib. Bu barədə cütlük instaqram hesabında paylaşım edib. Onlar birgə çəkdirdikləri fotoya "Və bir də eşq oldu" şərhini yazıblar.
Qeyd edək ki, Nazlı sözügedən ekran işində "Mine", Demircan isə "Mesut" obrazını canlandırır.
