Şakira ilə Pike ayrıldıqlarını təsdiqlədilər

Şakira ilə Pike ayrıldıqlarını təsdiqlədilər
1978 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli müğənni Şakira ilə "Barselona"nın müdafiəçisi Jerar Pike ayrıldıqlarını tədiqləyib.

Axşam.az xəbər verir ki, ikilinin mövzu ilə bağlı yayadıqları bəyanatda deyilir:

“Yollarımızı ayırdığımızı təsdiqlədiyimizə görə təəssüflənirik. Əsas prioritetimiz olan uşaqlarımızın rifahı naminə, şəxsi həyatımıza hörmət edilməsini xahiş edirik. Anlayışınız üçün təşəkkür edirik”.

Qeyd edək ki, cütlüyün ayrılmasına səbəb Pikenin ifaçıya xəyanət etməsi olub. Məlum olub ki, ayrılıq xəbərinin mediaya sızmasından bir neçə gün əvvəl Şakira xəstəxanaya yerləşdirilibmiş.

Şakira və Pike 11 ildir ki, münasibətdə idilər. Onların iki oğlu var - 9 yaşlı Milan və 7 yaşlı Saşa.