Türkiyəli reper Killa Hakan səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib.
Axşam.az xəbər verir ki, bu barədə reper Massaka sosial media hesabında paylaşım edim. O, həmkarının vəziyyətinin pis olduğunu vurğulayıb:
"Killa Hakanın vəziyyəti heç də yaxşı deyil. O, reanimasiyada ölüm-dirim mübarizəsi aparır. Xahiş edirəm dualarınızı əksik etməyin".
O, reperin hansı səbəbdən xəstəxanalıq olduğunu açıqlamayıb.