Xəbər verdiyimiz kimi, aktrisa Ahu Yağtu həmkarı Hande Subaşının keçmiş həyat yoldaşı Can Tursanla münasibətdədir.
Axşam.az xəbər verir ki, cütlük daha əvvəl haqlarında çıxan eşq iddialarını yalanlasalar da ötən gecə yenidən birlikdə görüntüləniblər. Onlar paparatsilərin obyektivinə ilk dəfə əl-ələ tuş gəliblər.
Qeyd edək ki, bundan əvvəl "Kardeşlerim" serialında rol alan aktrisa Ahunun tərəf müqabili Celil Nalçakanla eşq yaşadığı iddia edilirdi.
Aktrisa Hande isə sonuncu dəfə "Baht oyunu" serialında rol alıb.
