Murada tərəf müqabili Simayı yox, onu seçdilər - Foto

Murada tərəf müqabili Simayı yox, onu seçdilər  - Foto
1739 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Murad Yıldırımın baş rolunu canlandıracağı "Yer eksi iki" filmindəki tərəf müqabili bəlli olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Bestemsu Özdəmir rol alacaq. Murad layihədə "Tayfun Yüzbaşı" obrazına həyat verəcək.

Qeyd edək ki, aktyor filmdə "Aziz" serialındakı tərəf müqabili Simay Barlasla rol almaq istədiyini bildirmişdi.