Adını "Ye" olaraq dəyişdirən dünyaca məşhur milyarder repçi Kanye Uest yeni münasibətə başlayıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bir müddət əvvəl sevgilisindən ayrılan repçi moda influenser Monika Korqanla eşq yaşayır.
Cütlük bu yaxınlarda Hollivud ulduzu Tom Kruzun "Top Gan: Maverick" filminin premyerasında birlikdə görüntülənib.
Qeyd edək ki, bu, Kanyenin son altı ay ərzində eşq yaşadığı 3-cü qadındır.