34 yaşlı repçi güllələndi

34 yaşlı repçi güllələndi
733 dəfə oxunub
  • A-
  • A
  • A+

"Trouble" ləqəbi ilə tanınan amerikalı repçi Mariel Seqmente Or güllələnib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı 34 yaşlı repçi qatillə Atlantadakı qapalı komplekslərdən birində olub. Aralarında yaşanan münaqişədən sonra repçi güllələnib. Hadisə nəticəsində Mariel dünyasını dəyişib.

Hazırda polis şübhəlini axtarır.

Qeyd edək ki, faciədən bir gün əvvəl repçi tvitter hesabında Atlantada çox ehtiyatlı hərəkət edəcəyini yazmışdı.