Hollivud ulduzu Conni Depp keçmiş həyat yoldaşı, amerikalı aktrisa Ember Hördlə uzun illərdir davam edən qalmaqallı məhkəməni qələbə ilə başa vurduqdan sonra özünə TikTok hesabı açıb.
Axşam.az xəbər verir ki, aktyor ilk paylaşımında bu proses ərzində onu dəstəkləyənələrə təşəkkür edib:
"Bütün dəyərli, sadiq və sarsılmaz dəstəkçilərimə: Biz hər zaman bir yerdə idik, hər şeyi birlikdə görürdük. Eyni yolu birlikdə getdik. Biz birlikdə doğru şeyi etdik. İndi hamımız birlikdə irəli gedəcəyik".
Conninin bu paylaşımını Ember qadın hüquqlarına yeni zərbə kimi qiymətləndirərək videoya şərh yazıb və onu tənqid edib:
"C.Deppin dediyi kimi, o, “irəli gedir”, qadınların hüquqları geriləyir. Məişət zorakılığı qurbanlarına mesaj: ayağa qalxıb deməkdən çəkinin".
Qeyd edək ki, iyunun 2-də münsiflər heyətinin qərarı ilə Ember Conniyə qarşı böhtan atmaqda təqsirli bilinib və ondan keçmiş həyat yoldaşına 15 milyon dollar təzminat ödəməsi tələb olunub.