Fransanın sabiq Prezidenti Fransua Olland sevgilisi aktrisa, film prodüseri Jüli Qaye ilə evlənib.
Axşam.az xəbər verir ki, bu barədə “La Montagne” qəzeti məlumat yayıb. Bildirilib ki, nikah gizli şəkildə baş tutub. Mərasim şənbə günü Korrez şəhərindəki Tulle meriyasında keçirilib və cütlük mərasimə qonaq dəvət etməyib.
Qeyd edək ki, 67 yaşlı Fransuanın Segolen Royalla olan vətəndaş nikahından 4 övladı var. Bu, onun ilk rəsmi nikahıdır. 50 yaşlı Jülinin isə əvvəlki evliliyindən iki oğlu var.