Türkiyəli aktyor Kıvanç Tatlıtuğ yeni dünyaya gələn oğlu Kurt Efe barədə danışıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor jurnalistlərə müsahibəsi zamanı oğlunun anasına bənzədiyini bildirib:
"Sarışındı, amma üz cizgiləri anasına oxşayır".
O, atalıq hissi barədə də fikirlərini deyib:
"Atalığa öyrəşdim. İndi necə böyüdüyünü daha yaxşı başa düşürük. Təcrübə qazanırıq, hər gün yeni şeylər öyrənirik".
Qeyd edək ki, apreldə ata olan Kıvanç 5 ildir dizayner Başak Dizerlə evlidir.