Türkiyəli aktrisa Ayça Ayşin Turan gözəllik sirrini açıqlayıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa müsahibəsi zamanı üzünə mütəmadi qulluq etdiyini deyib:
"Makiyajımı təmizləmədən qətiyyən yatmıram. Müxtəlif maskalar və kremlərdən istifadə edirəm. Özümə qulluq etməyi çox sevirəm".
Qeyd edək ki, aktrisa sonuncu dəfə "Ada masalı" serialında rol alıb.