Türkiyəli aktrisa Aslıhan Güner aktyor həyat yoldaşı Mərd Kılıçla evlilik il dönümünü qeyd edib.
Axşam.az xəbər verir ki, 9 ildir ailəli olan aktrisa həyat yoldaşıyla rəqs etdiyi anın görüntüsünü sosial şəbəkədə paylaşaraq hisslərini bölüşüb:
"Evliliyimizin 9 ili, hərşeyim... Öz dünyamızda, öz nağılımızda...Həmişə demişəm, sən məni belə gözəl sevməsəydin, mən özümü bu qədər sevməzdim. Səninlə oyandığım hər sabaha min şükür".