Xəbər verdiyimiz kimi, ötən gün məşhur müğənni Britni Spirslə nişanlısı Sem Askerinin toyu olub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni və həyat yoldaşının toy üçün geyimlərini dünyaca məşhur modelyer Donatella Versaçe hazırlayıb.
Rəsmi nikah mərasimdən sonra müğənni paltarını dəyişərək qara və qırmızı libaslarda əyləncəsinə davam edib.
Cütlüyün toyuna Madonna, Peris Hilton, Selena Qomez, Donatella Versaçe, Dryu Berrimor kimi məşhur ulduzlar təşrif buyurub. 80 nəfərin iştirak etdiyi mərasimə Britninin qohumları dəvət olunmayıb.
Qeyd edək ki, müğənninin rəqqas Kevin Federlayından 2 uşağı var. Britni Askeriylə ötən il nişanlanmışdı.